Sağlamlıq

Son günlər yoluxmanın artmasının - Səbəbi Açıqlanıb

Son günlər yoluxmanın artmasının - Səbəbi Açıqlanıb | FED.az
11:16 15 Avq 2020

“Dünyada koronavirusa yoluxmanın hazırda 21 milyondan çox olduğunu görürük”.

Eləcə də bax: Operativ Qərargah brifinq keçirir - Canlı

FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan da bu prosesləri yaxından izləyir: “Xüsusilə Avropa ölkələrində karantin rejiminin sərtləşdirilməsi və yeni karantin qaydaları tətbiq edilir. Azərbaycanda son günlərdə rəqəmlərdə olan müsbət tendensiya bizi sevindirir. Vətəndaşların təmkinli, səbrli davranışı nəticəsində biz buna nail olmuşuq. Son günlər rəqəmlərdə cüzi artım vətəndaşların aktiv həyatından asılıdır. Ölkələrdə koronavirusun yayılma tendensiyası öyrənilərək müvafiq açılmalar həyata keçirilir. Bu, müvafiq qaydalar çərçivəsində baş verir. Bu gün də ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsi ilə bağlı qərar açıqlanıb”. 

Digər xəbərlər