Banner

Sağlamlıq

Türkiyədə bu qadağalar götürülür - ƏRDOĞAN AÇIQLADI

Türkiyədə bu qadağalar götürülür - ƏRDOĞAN AÇIQLADI | FED.az
08:51 5 May 2020

Türkiyədə karantin rejiminin mərhələli şəkildə yumşaldılması planlarına uyğun olaraq bu gecədən etibarən 7 əyalət arasında gediş-gəliş bərpa olunacaq. 

Eləcə də bax: Türkiyədə də ticarət mərkəzləri - AÇILMAĞA BAŞLAYIR

FED.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində deyib. Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mersin və Muğla şəhərləri arasındakı gediş-gəliş məhdudiyyəti aradan götürüləcək. Digər 24 əyalətdəki məhdudiyyət isə 15 gün daha uzadılıb. 

Bundan başqa, bərbərxanalar, gözəllik salonları mayın 11-dən etibarən fəaliyyətə başlayacaq. Alış-veriş mərkəzləri də mayın 11-dən müştərilərə xidmət göstərəcək. 

Həmçinin, maskaların bazarlarda satışına da məhdudiyyət qoyulmayacaq.

Hərbi xidmətdən tərxis olunma mayın 31-də gerçəkləşəcək. Epidemiya xəstəxanalarının sayı iyunun 1-dən etibarən azaldılaraq həmin qurumların normal fəaliyyətinə şərait yaradılacaq.

Qafqazinfo

Digər xəbərlər

Banner