Sağlamlıq

Virusa tutulanların sayı sürətlə artır - YENİ RƏQƏMLƏR AÇIQLANDI

Virusa tutulanların sayı sürətlə artır - YENİ RƏQƏMLƏR AÇIQLANDI | FED.az
17:41 29 Mart 2020

Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda koronavirusla bağlı son məlumatları açıqlayıb. 

FED.az xəbəe verir ki, ökədə 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir,  digərlərinin səhhəti isə  stabildir.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

"İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur"-deyə məlumatda bildirilir.

Digər xəbərlər