Sağlamlıq

Virusdan - 1017 ÖLƏN, 2222 SAĞALAN VAR

Virusdan - 1017 ÖLƏN, 2222 SAĞALAN VAR | FED.az
08:12 11 Fev 2020

Çində son 24 saat ərzində yeni koronavirus pnevmoniyasından 108 nəfər ölüb.

FED.az xəbər verir ki, nəticədə epidemiya səbəbiylə həyat itkisi 1017-ə yüksəldi və epidemiyadan əziyyət çəkənlərin sayı 42 min 638-ə çatdı.

Eləcə də bax: Virusa görə ikinci xəstəxana - 10 GÜNƏ TİKİLDİ

Çin Milli Sağlamlıq Komissiyasının (NHC) verdiyi açıqlamaya görə, virusa yoluxma şübhəsi olanların sayı 21 min 675, müşahidə altında olanların sayı 187 min 728 oldu.

Yoluxduğu təsdiqlənmiş halların sayı 42 min 638-ə yüksəlib, onlardan 7333-nin vəziyyəti ağırdır.

Təkcə son 24 saatda epidemiya səbəbiylə 108 insanın öldüyünü və 2 478 yeni hadisənin təyin olunduğunu bildirilir.

                                                       ***

Çinin Hubey əyalətində koronavirusa yoluxmuş 2222 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. 

Açıqlamada deyilir ki, əyalətdə ümumilikdə 31728 nəfər koronavirusa yoluxub.

Sutka ərzində əyalətdə 2097 yeni yoluxma faktı qeydə alınıb ki, onlardan da 1552-si yalnız virusun mərkəzinə çevrilmiş Uhan şəhərinin payına düşür.

Tibb işçilərinin məlumatına görə, Çinun Hubey əyalətində koronavirusdan ölənlərin ümumi sayı 974-ə çatıb.

 

Digər xəbərlər

Banner