Banner

Sağlamlıq

Sağalanlarin sayı yoluxanları - 1000 Nəfər Üstələdi - Yeni Rəqəmlər

Sağalanlarin sayı yoluxanları - 1000 Nəfər Üstələdi - Yeni Rəqəmlər | FED.az
16:40 7 May 2021

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 722 yeni yoluxma faktı qeydə alınıb, 1 854 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. 17 897 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.

 

Banner

Digər xəbərlər