Sənaye

Azərbaycan bu il geyim - İSTEHSALINI ARTIRIB

Azərbaycan bu il geyim - İSTEHSALINI ARTIRIB | FED.az
13:06 18 Aprel 2020

2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı sahələrində 124,1 milyon manatlıq məhsul istehsal edilib.

Eləcə də bax: «Hamı internetlə Türkiyədən geyim almağa başlayıb» - SİFARİŞLƏR İKİQAT ARTIB

FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-mart ayları ilə müqayisədə toxuculuq sənayesində 10,5%, geyim istehsalında 10% artım, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında isə 60,7% azalma müşahidə olunub.

Bu ilin ilk üç ayında 30451,3 ton pambıq lifi və 7 672,5 min kv.m hazır pambıq parçalar buraxılıb ki, bu da 2019-cu ili analoji dövrü ilə müqayisədə müvafiq olaraq 8,1% az və 77% çoxdur.

Apa

Digər xəbərlər