Sənaye

Azərbaycanda $20,2 milyon dəyərində fındıq emalı fabriki - İstifadəyə Veriləcək

Azərbaycanda $20,2 milyon dəyərində fındıq emalı fabriki - İstifadəyə Veriləcək | FED.az
09:44 6 Mart 2021

“Agrarco” MMC Zaqatala rayonunda fındıq emalı fabrikini bu yaxınlarda istifadəyə verməyi planlaşdırır.

Eləcə də bax: Bakıda alçipan zavodu işə düşəcək - 23 MİLYON MANATLIQ LAYİHƏ

FED.az xəbər verir ki, “Azərbaycanda ixrac potensialı böyük olan və ölkəyə valyuta axınına töhfə verən kənd təsərrüfatı sahələrindən biri də fındıqçılıqdır. Bu baxımdan yeni texnologiyalardan istifadə etməklə fındıq istehsalının artırılması, fındıq məhsullarının yeni bazarlara çıxarılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işlərdən biri də müasir texnologiyalara əsaslanan fındıq emalı müəssisələrinin yaradılmasıdır. Belə müəssisələrdən biri də “Agrarco” MMC-nin Zaqatala rayonunda tikilən fındıq emalı fabrikidir”, - nazirlikdən qeyd olunur.

Məlumata görə, hazırda müəssisədə son tamamlama işləri aparılır. Müəssisədə ildə 7 min ton fındıq ləpəsi emal ediləcək.

“Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Fabrikdə 150 iş yeri açılacaq. Ümumi investisiya dəyəri 34,3 mln. manat (cari məzənnə ilə $20,2 milyon - İF) olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib”, - məlumatda vurğulanır. (İnterfaks)

Banner
Banner

Digər xəbərlər