Sənaye

Azərbaycanın araq şirkətinin mənfəəti azalıb - Borcları Artıb

Azərbaycanın araq şirkətinin mənfəəti azalıb - Borcları Artıb | FED.az
11:42 19 Fev 2021

“Bakı Şərab-1” ATSC 2019-ci ili 169 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2018-ci illə müqayisədə 25,6% azdır. “Bakı Şərab-1” 2018-ci ili 227 min manat,  2017-ci ili 64 min manat xalis mənfəətlə bağlamışdı. 2018-c ildə “”in xalis mənfəətinin artması xərclərin azalması ilə bağlı idi. 

Eləcə də bax: Azərbaycanın yeni viski sənayesi – Göstəricilər Nə Yerdədir?

FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Bakı Şərab-1”in satışdan gəliri (əsas əməliyyat gəliri) 27,7% və ya 708 min manat  artaraq 3 milyon 64 min 694 manata yüksəlib. 2018-ci ildə Şirkətin satışdan gəliri 2 milyon 549 min manat təşkil etmişdi.

Ötən il satışın maya dəyəri isə 34% və ya 777 min artaraq 3 milyon 64 min 694 manat təşkil edib. Xərclər gəlirlərdən daha çox artdığından şirkətin əməliyyat mənfəəti azalıb. 

31 Dekabr 2019-cu ildə “Bakı Şərab-1” 4 milyon 123 min 897 manat cəmi aktivlərə malik olub. 2018-ci ilin sonunda ATSC 3 milyon 676 min 361 manat cəmi aktivlərə malik idi. Ötən il “Bakı Şərab-1”də qısamüddətli debitor borclar 637 min manat artaraq 2 milyon 39 min manata çatıb. Şərəb istehsalçısının qısamüddətli kreditor borcları isə  2.3 dəfə  artaraq 804 min manata yüksəlib.

Bakı şəhəri, H.Əliyev prospekti 104 ünvanında fəaliyyət göstərən “Bakı Şərab-1” ATSC alkoqollu içkilər istehsal edir.  “Zolotoye koltso”, “Vodka N1”, Pşeniçnaya rosa”, “İmperial” və “İmperium” ATSC-nin əsas ticarət markalarıdır. (Marja)

Azərbaycanın araq şirkətinin mənfəəti azalıb - Borcları Artıb | FED.azAzərbaycanın araq şirkətinin mənfəəti azalıb - Borcları Artıb | FED.azAzərbaycanın araq şirkətinin mənfəəti azalıb - Borcları Artıb | FED.az
Banner
Banner

Digər xəbərlər