Sənaye

“AzerGold” Azərbaycanın qərbində yeni qızıl yatağını - İstifadəyə Verib

“AzerGold” Azərbaycanın qərbində yeni qızıl yatağını - İstifadəyə Verib | FED.az
12:30 23 İyul 2021

“AzerGold” QSC Daşkəsən rayonunda (Azərbaycanın qərbi - İF) “Mərəh” yeni qızıl yatağını istifadəyə verib.

Eləcə də bax: Prezident “Çovdar” qızıl mədəninin fəaliyyəti ilə - Tanış Olub

FED.az xəbər verir ki, bu barədə QSC-dən məlumat verilib.

İstifadəyə verilmə məarasimi cümə axşamı baş tutub. Mərasimdə Azərbaycan prezdrenti İlham Əliyev iştirak edib. Prezident “Mərəh” yatağında dağ süxurlarının ilk partlamasını izləyib.

“Çovdar” yatağından şimalda yerləşən “Mərəh” yatağı 2018-ci ildə kəşf olunub. Bu, “AzərGold” tərəfindən istifadəyə verilən üçüncü qızıl yatağıdır. Bu layihənin reallaşdırılmasının müddəti 2 ildir”, - QSC-dən məlumat veriblər.

Həmçinin, şirkətdən məlumat veriblər ki, cari ildən etibarən bir sıra filiz yataqlarının istifadəyə verilməsi planlaşdırılır.

“AzerGold”un məlumatına görə, 2016-cı ildə “Çovdar” yatağının işlənməsinə başlanandan, bu yataqdan 259 min unsiya qızıl hasil olunub, yaxın illərdə əlavə 338 min unsiya qızıl hasilatı planlaşdırılır.

Hazırda “AzerGold” qızıl və gümüş hasilatı və ixracını yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından və Daşkəsən rayonunda “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən) həyata keçirir.

“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.

Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.

Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.

Banner
Banner

Digər xəbərlər

Banner