Sənaye

“Azersun”un qida yağı istehsalçısnın kapitalından - 23%-i Geri Çəkilib

“Azersun”un qida yağı istehsalçısnın kapitalından - 23%-i Geri Çəkilib | FED.az
16:29 26 Fev 2021

1996-cı ildən fəaliyyət göstərən “Azersun Holding”in yağ fabrikinin nizamnamə kapitalının 23.3 faizi geri çəkilib.

Eləcə də bax: “Azərbaycan Sənaye Korporasiyası” şərabçılıq müəssisəsinə “maya qoyub”

FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, “Bakı Qida və Yağ Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkətin nizamnamə kapitalının həcmi 2 milyon 559.27 min manat azaldılmaqla 8 milyon 440.72 min manata qədər azaldılıb.

Xatırladaq ki, zavod 2001-ci ilin iyulunda qeydiyyata alınıb, 11 milyon manat nizamnamə kapitalına sahib idi. Zavod “Teksun”, “Final”, “Super Sun”, “Zeytun”, “Blendo”, “Ana-Bala”, “Möcüzə”, “Paşa” və “Aysun” kim qida yağ markaları istehsal edilir.

Həmçinin “Bizim süfrə” markasında olan moyanez istehsal edir.

Banner
Banner

Digər xəbərlər