Sənaye

“Bakı Tikiş Evi”ndən yayılan məlumatlarla bağlı - AÇIQLAMA

“Bakı Tikiş Evi”ndən yayılan məlumatlarla bağlı - AÇIQLAMA | FED.az
15:03 16 May 2020

“Bakı Tikiş Evi” ASC bəzi internet resurlarında yayılmış dəqiqləşdirilməmiş məlumatla bağlı narahatlığını bildirir. 

Eləcə də bax: “Bakı Tikiş Evi”nin 64 işçisi - KORONAVİRUSA NECƏ YOLUXUB?

Şirkətdən FED.az-a verlən məlumatda bildirilir ki, Bakı Tikiş Evi (ASC) Tikiş fabriki olaraq Müdafiə Nazirliyi, DİN və Daxili Qoşunların geyimlərinin istehsali ilə ölkəmizin ən çətin günlərində peşəkar fəaliyyəti ilə dövlətə və dövlətçiliyə daim xidmət etmiş və xidmət etməyə davam edir.

 Eləcə də bax: Azərbaycanda «ZARA», «DeFakto», «Koton», «LC Waikiki» brendləri – İSTEHSAL OLUNACAQ

"Ölkəmizdə Karantin qaydalarının yumşaldılması ilə əlaqədar olaraq, müəssisəmiz rəsmi icazə əsasında koronavirusa qarşı müvafiq qorunma tədbirlərini alaraq, az saylı işçi qüvvəsi ilə fəaliyyətini bərpa etmişdir.

Fabrik fəaliyyətə başlamazdan əvvəl, Səhiyyə Nazirliyi Sanitariya və Epidemiologiya xidməti tərəfindən dezinfeksiya edilmişdir. Həmçinin profilaktik tədbir olaraq müəssisənin öz təşəbbüsü ilə, əməkdaşlar “COVID19”  testindən keçirilmişdir.

Yoxlama zamanı şübhəli test nəticələri olan işçilərlə bağlı dərhal bütün tədbirlər alınmış və TƏBİB-ə rəsmi məlumat verilmişdir. TƏBİB tərəfindən müvafiq əməkdaşlarımız, dövlət tərəfindən təyin olunmuş karantin bölgələrindən birinə yerlədirilmişdir. Qeyd etmək istərdik ki, fabrikin fəaliyyəti Karantin rejiminin yumuşaldılmasından sonra bərpa edildiyindən kütləvi yoluxma halları müəssisə daxilində baş verməmişdir. 

İşçilərimizin vəziyyəti stabildir və heç bir ağırlaşma halı yoxdur. TƏBİB-dən bizə verilən məlumata əsaslanaraq deyə bilərik ki, önümüzdəki həftənin ilk yarısında yekun müayinələr aparılaraq qərar əsasında evə yola salınacaqlar.

Son olaraq qeyd etmək istərdik ki bundan əvvəl müəssisəmizlə bağlı yayılan bütün xəbər və məlumatlar əsasssizdir!"

Digər xəbərlər