Sənaye

Nazim Talıbov: SKSP-nin rezidentləri tərəfindən layihələrə - 2,8 MİLYARD DOLLAR YATIRILIB

Nazim Talıbov: SKSP-nin rezidentləri tərəfindən layihələrə - 2,8 MİLYARD DOLLAR YATIRILIB | FED.az
14:25 7 Aprel 2020

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentləri tərəfindən parkın ərazisində həyata keçirilən layihələrə $2,8 milyard vəsait yatırılıb.

Eləcə də bax: Niyazi Səfərov: "Sənaye parklarında ixtisarlar yoxdur"

FED.az xəbər verir ki, bu barədə “SKSP” MMC-nin direktoru Nazim Talıbov məlumat verib.

“Hazırda SKSP-nin rezidenti olan 22 şirkət tərəfindən layihələrə $3,1 milyard yatırılmalıdır. Bu günədək faktiki olaraq $2,8 milyard vəsait qoyulub”, - deyə o,  bildirib.

Direktorun sözlərinə görə, hazırda parkın ərazisində 14 müəssisə fəaliyyət göstərir. «2020-ci ilin sonunadək daha 2 müəssisə (“Azərxalça” və “Archi Glass” – İF) işə salınacaq və fəaliyyət göstərən müəssisələrin ümumi sayı 16-ya çatacaq», - deyə N.Talıbov əlavə edib.

Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.

İnterfaks

Digər xəbərlər