Sənaye

Son bir ayda Çin tibbi ləvazimatları ilə - 1,4 MİLYARD DOLLAR QAZANIB

Son bir ayda Çin tibbi ləvazimatları ilə - 1,4 MİLYARD DOLLAR QAZANIB | FED.az
11:01 6 Aprel 2020

Çin geridə qoyduğumuz mart ayından bu tərəfə xarici ölkələrə 4 milyard tibbi maska satışını həyata keçirib, bu barədə şənbə günü rəsmlərdən verilən açıqlamada deyilir.

FED.az Banker.az-a istinadən xəbər verir ki, Çində bu “görünməz düşmən” ilə müharibənin səngiməsinə rəğmən, elə məhz bu ölkədən yaranan bu problem bütün dünyaya yayılıb, 60 mindən çox insan həyatına son qoyub ki, bu da hazırda yaranan bu təşvişdə tibbi ləvazimat qıtlığının yaranmasına gətirib çıxarıb.

Mart ayının 1-dən virus pandemiyasının start götürdüyü – Çin 50-dən çox dünya ölkələrinə 3,86 milyard maska, 37,5 milyon qoruyucu geyim parçaları, 16 min süni nəfəsvermə aparatları, 2,84 milyonluq, 2,84 mln. COVID-19 testində istifadə olunan  geyim dəstləri ixrac edib, bunu ölkə rəsmisi xanım Cin Hay təsdiqləyir.

Eləcə də bax: Fransa Çindən 2 milyarddan çox maska - SİFARİŞ EDİB

Cin Hay əlavə edir ki, ölkəyə bununla son 30 gündə tibbi təchizatı təmin etməklə 10,2 milyard yuan (1,4 milyard ABŞ dolları) həcmində valyuta daxil olub.

Son həftədə, Uzaq Şərq ölkəsinin bu məhsullarını satışı həyata keçirilsə də, bir çox ölkələr bu məsələdə fərqli düşünür.

Baxmayaraq ki, bir çox ölkələr – Flippin, Türkiyə, Niderland və İspaniya Çinin bu məhsullarındakı standartlardan bir o qədər də razı görünmürlər

Niderland hökuməti, Çinin 600 minlik maskasının keyfiyyət standartlarını əsas gətirilməklə geri çağırılıb.

İspaniyalılar da həmçinin Çinin qeyri-rəsmi şirkətindən ölkəyə idxal olunan mindən çox sürətli test dəstlərinin geri qaytarıb son həftə.

Çinin isə istər şirkətləri bu iddiaları qəbul etmir və hökuməti isə buna siyasi don geyindilməsini və bu işlərdə Qərb mediasını günahlandırırlar.

Digər xəbərlər