Sığorta

2019-cu ildə Azərbaycanın sığorta sektorunun xalis mənfəəti - 8% ARTIB

2019-cu ildə Azərbaycanın sığorta sektorunun xalis mənfəəti - 8% ARTIB | FED.az
14:49 18 May 2020

2019-cu ildə Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 113,569 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 8,1% çoxdur.

Eləcə də bax: 2019-da sığorta bazarının aktivləri - 33,6% ARTIB

FED.az xəbər verir ki, 2019-cu ildə sığorta sektorunun gəlirləri 2018-ci illə müqayisədə 9,9% - 794,351 milyon manatadək artıb, sığorta haqları 5% - 743,299 milyon manatadək, xalis sığorta ehtiyatları isə 78,478 milyon manat azalıb.

İnvestisiya gəlirləri 62,147 milyon manat (artım 12,9%), sığorta haqlarında təkrar sığortaçıların payı 30,947 milyon manat (artım 2,2 dəfə) təşkil edib.

Sığorta sektorunun xərcləri 10,2% - 661,617 milyon manatadək artıb. Sığorta ödənişləri 309,134 milyon manat (artım 23,6%), təkrar sığorta ödənişləri 132,184 milyon manat (azalma 6,2%), işin aparılması xərcləri 188,478 milyon manat (artım 7,1%) təşkil edib.

2019-cu ildə sığorta sektoru 19,166 milyon manat məbləğində mənfəət vergisi ödəyib ki, bu da 2018-ci ilin göstəricisindən 11,5% çoxdur.

2020-ci il yanvarın 1-nə sığorta sektorunda 35 hüquqi şəxs qeydiyyata alınıb, onların 34-ü özəl hüquqi şəxs (8 şirkət xarici kapitala malikdir - İF), 22-üsisığorta, 1-i təkrar sığorta, 12-si broker şirkətidir.

İnterfaks

Digər xəbərlər