Banner

Sığorta

2019-da sığorta bazarının aktivləri - 33,6% ARTIB

2019-da sığorta bazarının aktivləri - 33,6% ARTIB | FED.az
14:19 18 May 2020

2019-cu ilin yekunları üzrə Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 411 milyon 510,3 min manat təşkil edib ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 33,6% çoxdur.

Eləcə də bax: Pandemiya sığorta bazarının mənzərəsini - NECƏ DƏYİŞƏCƏK?

FED.az xəbər verir ki, bank hesablarında 459,657 milyon manat (aktivlərin 32,6%-i, artım 14,4%), uzunmüddətli maliyyə aktivlərində 416,219 milyon manat (34,2%), debitor borclarında 143,164 milyon manat (43,7%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.

2020-ci ilin əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 422,037 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 26,3% çoxdur.

31 dekabr 2019-cu il tarixinə sektorun sığorta ehtiyatları 736,862 milyon manat (artım 40,7%), bölüşdürülməmiş mənfəəti 148,649 milyon manat (artım 14,4%) təşkil edib.

2020-ci il yanvarın 1-nə sığorta sektorunda 35 hüquqi şəxs qeydiyyata alınıb, onların 34-ü özəl hüquqi şəxs (8 şirkət xarici kapitala malikdir - İF), 22-si sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 12-si isə broker şirkətidir.

İnterfaks

2020-ci il yanvarın 1-nə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1,429 min manat təşkil edib, bu isə 2018-ci ilin sonun olan göstəricidən 14,6% çoxdur.

Banner

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?