Banner

Sığorta

«A-Qrup Sığopta»nın mənfəəti kəskin artıb – HESABAT

«A-Qrup Sığopta»nın mənfəəti kəskin artıb – HESABAT | FED.az
12:18 5 Aprel 2019

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «A-Qroup» 2018-ciildə mənfəətini kəskin artırıb. FED.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2018-ci ildə «A-Qroup»un gəlirləri 13 998,5 min manat, xərcləri 11 milyon 294,1 min manat təşkil edir.

Şirkətin gəlirlərinin böyük hissəsi  - 13 milyon 169,7 min manatı sığorta haqlarından formalaşıb, xərclərinin isə 8 milyon 64,4 min manatı sığorta ödənişlərinə yönəlib. 2018-də şirkət 281,8 min manat investisiya gəliri əldə edib.

Eləcə də bax: «Meqa Sığorta»nın da vəziyyəti - MƏLUM OLDU – HESABAT

Nəticədə  «A-Qroup» 2018-ci ili 2 milyon 704,3 min manat mənfəətlə başa vurub, 540,9 min manatlıq mənfəət vergisini nəzərə alanda, şirkətin xalis mənfəəti 2 milyon 163,5 min manat təşkli edib.

İl ərzində şirkətin aktivləri 3,5% artaraq 23 milyon 783,4 min  manat olub. Şirkətin cəmi kapitalı 5,9% artaraq 13 milyon 110 min manata çatıb. «A-Qroup»un öhdəlikləri isə demək olar dəyişməyib – 10 milyon 672,5 min manat.

Digər xəbərlər

Banner