Sığorta

“Atəşgah” Sığorta Şirkəti Motokross üzrə Azərbaycan çempionatında sponsor qismində iştirak etdi!

“Atəşgah” Sığorta Şirkəti Motokross üzrə Azərbaycan çempionatında sponsor qismində iştirak etdi! | FED.az
17:23 29 İyul 2021

“Azərbaycan Motosiklet İdmanı Federasiyası” və “Motomondo” məktəbi tərəfindən təşkil olunmuş Motokross üzrə Azərbaycan çempionatı baş tutub. Yarışın Bakı mərhələsində Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkəti sponsor qismində iştirak etmişdir. 18 iyul 2021-ci il tarixində keçirilən bu yarışda 15 bayker qalibiyyət uğrunda mübarizə aparmışdır. İştirakçılar özlüyündə yeniyetmələr, gənclər və böyüklər olmaqla 3 yaş qrupunda yarışırdılar. Onlar uzunluğu 3 kilometrə yaxın olan trekdə hər yanaşmada 15 dövrə vurublar.

Yarışın sonunda baş tutan təltif mərasimində qalib olan şəxslər Atəşgah SŞ tərəfindən təqdim olunan  hədiyyələrlə mükafatlandırılmışdır. Baykerləri bu il üçün daha 3 yarış gözləyir. Növbəti yarışların isə Rusiya və Türkiyə çempionatlarında həyata keçirilməsi planlaşdırılır.

Fəaliyyət dövrü ərzində ətraf mühitin mühafizəsini və ekoloji problemləri daim diqqət mərkəzində saxlayan, eyni zamanda sosial layihələrə hər zaman xüsusi yer ayıran “Atəşgah” SŞ-nin əməkdaşları çempionatda fəal iştirak etmişlər.Bu kimi layihələrin keçirilməsi ölkəmizdə idman sektorunun inkişafına böyük töhvəsini verməkdədir. “Atəşgah” SŞ də öz növbəsində respublikamızın idman sektorunun inkişafına biganə qalmayaraq, öz dəstəyi ilə seçilməkdədir.

Yüksək etibarlılıq imicinə  malik  “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir..

“Atəşgah” Sığorta Şirkəti Motokross üzrə Azərbaycan çempionatında sponsor qismində iştirak etdi! | FED.az“Atəşgah” Sığorta Şirkəti Motokross üzrə Azərbaycan çempionatında sponsor qismində iştirak etdi! | FED.az“Atəşgah” Sığorta Şirkəti Motokross üzrə Azərbaycan çempionatında sponsor qismində iştirak etdi! | FED.az
Banner
Banner

Digər xəbərlər