Sığorta

“Atəşgah” sığortanın satışı və bazar payı – AZALDI

“Atəşgah” sığortanın satışı və bazar payı – AZALDI | FED.az
13:53 24 Fev 2021

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Atəşgah Sığorta” şirkətinin 2021-ci ilin ilk ayı üzrə əsas maliyyə göstəriciləri açıqlanıb. 

FED.az AMB-nin 2021-ci ilin yanvar ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, “Atəşgah Sığorta” şirkəti tərəfindən 2021-ci ilin yanvar ayında toplanan sığorta haqlarının həcmi ötən ilin yanvarına nisbətdə 0,402 mln. manat və ya 12,4% azalaraq   3,236 mln. manat həddinə düşüb.  

Hesabat dövründə məlum olub ki, yığımlarındakı azalma ilə yanaşı, şirkətin müştərilərə ödədiyi vəsaitlərin həcmində də də kəskin azalma qeydə alınıb.

Müqayisə edilən dövr ərzində şirkətin məcmu ödənişlərinin həcmi 0,626 mln. manat və ya 1,7 dəfə azalaraq 0,862 mln. manat təşkil edib.

AMB-nin hesabatına əsasən, son bir illə müqayisədə şirkət bazar payı üzrə göstəricisində də geriləmə müşahidə olunub. Belə ki, şirkətin məcmu bazar üzrə payı 0,14 faiz bəndi azalaraq 3,11%-ə enib. 

Banner
Banner

Digər xəbərlər