Sığorta

AXA MBASK-dan yeni məhsul - "QAYĞIKEŞ SAHİBKAR"

AXA MBASK-dan yeni məhsul - "QAYĞIKEŞ SAHİBKAR" | FED.az
12:18 25 Sen 2018

AXA MBASK Sığorta Şirkəti sığorta məhsullarının çeşidini genişləndirməyə davam edir. Bu dəfə şirkət könüllü tibbi sığorta sahəsində yeni məhsul hazırlayıb və öz müştərilərinə kiçik və orta biznes sahibləri üçün nəzərdə tutulmuş unikal "Qayğıkeş sahibkar" paketini təklif edir.

Məhsulun əsas üstünlükləri optimal tibbi xidmətlərin seçimi, sadə və aydın təklif, cəzbedici qiymətdir. Məhsula həm ambulator, həm də stasionar yardım - yəni şirkət əməkdaşlarının korporativ könüllü tibbi sığorta sahəsində ən çox istifadə etdiyi seçimlər daxildir. Məhsulun əsasını funksionallıq, rahatlıq, keyfiyyət və əlverişlilik təşkil edir.

Korporativ könüllü tibbi sığorta bazarı şahadətnamələrin bahalığı səbəbindən kiçik və isçi sayı az şirkətlər üçün məhduddur. Lakin ölkənin iqtisadi inkişaf planına uyğun olaraq bu şirkətlərin sayı hər gün artmaqdadır. Məhz belə şirkətlərin iş prossesini stabil saxlamaq məqsədi ilə, AXA MBASK mütəxəssisləri unikal xüsusiyyətləri olan, kiçik və orta bizneslə könüllü tibbi sığorta proqramı çərçivəsində fəal şəkildə işləməyə imkan verən, müştərilərə keyfiyyətli xidmət göstərən məhsul işləyib hazırlayıblar. Yeni məhsulun qiyməti hər əməkdaş üçün aylıq 15 AZN təşkil edəcək. Müqavilə  ilkin tibbi müayinə olmadan bağlanır və şahədətnamə ödənildiyi andan qüvvəyə minir. Şahədətnamə bütün ölkə ərazisində etibarlıdır.
Məhsul haqqında şirkətin saytından daha ətraflı məlumat almaq olar - www.axambask.az .
Qeyd etmək lazımdır ki, "Qayğıkeş sahibkar" kiçik və orta biznes nümayəndələrinə keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi proqramı çərçivəsində şirkətin ilk məhsuludur. Gələcəkdə bu seqment üçün digər yeni sığorta məhsullarının da buraxılması planlaşdırılır.

Digər xəbərlər