Sığorta

Azərbaycanda 4 sığorta şirkətinin xərcləri - Azalıb

Azərbaycanda 4 sığorta şirkətinin xərcləri - Azalıb | FED.az
09:47 20 Aprel 2021

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 4-nün ötənilki xərcləri əvvəlki illə müqayisədə az olub.  

Eləcə də bax: Azərbaycanda 4 sığorta şirkətinin - Gəlirləri Azalıb

FED.az xəbər verir ki, bunlar “Qala Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Atasığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir.

Ən çox azalma “İpək Yolu Sığorta”da (48,5%), ən az azalma isə “Qala Həyat Sığorta”da (2,7%) qeydə alınıb.

Qalan 14 sığorta şirkətinin xərcləri isə artıb. Ən yüksək dinamika “Naxçıvan Sığorta” ASC-də (2,9 dəfə), ən aşağı dinamika isə “Xalq Sığorta” ASC-də (1%) qeydə alınıb.

4 sığorta şirkətinin xərcləri 60 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 4-nün ötənilki xərcləri 60 milyon manatdan çox olub.

Bunlar “PAŞA Həyat Sığorta” (282,555 milyon manat), “PAŞA Sığorta” (148,055 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 80,183 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (67,646 milyon manat) ASC-dir.

Qalan 15 sığorta şirkətindən 9-nun xərcləri 13-34 milyon manat arasında, 4 şirkətin xərcləri 1-9 milyon manat arasında, 2 şirkətin xərcləri isə 1 milyon manatdan azdır. (Renkinq)

Banner
Banner

Digər xəbərlər