Sığorta

Azərbaycanda 6 sığorta şirkətinin - Yığımları Azalıb

Azərbaycanda 6 sığorta şirkətinin - Yığımları Azalıb | FED.az
09:26 29 İyul 2020

Bu ilin yanvar-iyun aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 15-nin yığımları illik müqayisədə artıb, 6-nın isə yığımları azalıb.

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Xalq Həyat Sığorta" ASC-dir. Bu şirkət 6 ayda 1,341 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 6,8 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə “Qala Həyat Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 6,21 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,7% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 6 ay ərzində 5 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 99,5% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “Azsığorta” ASC-dədir. Bu şirkətin yığımları 10,2% azalaraq 6,519 milyon manata düşüb. (Renkinq)

Digər xəbərlər