Sığorta

Azərbaycanda aqrar sığorta sistemi üçün - YENİ QURUM YARADILIR

Azərbaycanda aqrar sığorta sistemi üçün - YENİ QURUM YARADILIR | FED.az
09:26 7 May 2020

Azərbaycanda aqrar sığorta haqlarının yığılması ilə məşğul olacaq ayrıca sığorta şirkətinin - idarəedici qurumun yaradılmasına başlanılıb. 

Eləcə də bax: Aqrar sığortanın necə işləyəcəyi - MƏLUM OLDU – DETALLAR – MÜSAHİBƏ

FED.az xəbər verir ki, söhbət Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondu əməkdaşlıq edəcək ASC-dən gedir.

Eləcə də bax: Azərbaycanda aqrar sığorta 2020 - dən başlayır - NAZİRLİKDƏN AÇIQLAMA

"Qanuna görə, Fond sığorta haqlarının yığılmasına ilə məşğul ola bilməz, bunun üçün ayrıca idarəedici qurum olmalıdır və hazırda həmin kommersiya qurumu ölkənin qeyri-həyat sığorta şirkətlərinin iştirakı ilə yaradılmaqdadır", - deyə o, qeyd edib.

Eləcə də bax: Aqrar Sığorta Fondunun rəhbərləri - MƏLUM OLDU - TƏYİNATLAR

Mənbənin sözlərinə görə, yığımla məşğul olacaq yeni şirkətin nizamnamə kapitalının 2-4 milyon manat arasında olması nəzərdə tutulub: "18 qeyri-həyat sığortası şirkətinin hamısına yeni qurumdan pay almaq təklif olunub. Onlardan artıq 4-ü - "A-Qrup Sığorta", "Amrah Sığorta", "Rəvan Sığorta" və "Standard Insurance" Sığorta Şirkəti idarəedici qurumun nizamnamə kapitalına investisiya qoymaqdan imtina edib. Qalan 14 sığorta şirkəti isə hələ ki, mövqeyini bildirməyib, amma yəgin ki, onların da arasında bu layihəyə "yox" deyənlər olacaq. Ümumiyyətlə isə, bu bir qədər vaxt aparan prosesdir. Çünki, əvvəlcə sığorta şirkətləri səhmdarlarının ümumi yığıncağını çağırıb ayrı-ayrılıqda buna qərar verməlidirlər. Daha sonra bu məsələ Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmalıdır. Çünki prudensial normalar var. Bu mərhələ də keçildikdən sonra idarəedici qurumun yaradılması üçün təsis müqaviləsi imzalanmalıdır". 

Eləcə də bax: Aqrar sığortanın əhatə edəcəyi fermerlərin sayı - AÇIQLANIB

Report

Digər xəbərlər