Sığorta

Azərbaycanda sığorta haqlarının - 79%-i 5 Şirkətin Payına Düşür

Azərbaycanda sığorta haqlarının - 79%-i 5 Şirkətin Payına Düşür | FED.az
09:15 28 İyul 2021

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanılmış 452,366 milyon manat sığorta haqqının 358,058 milyon manatı və yaxud 79,2%-i 5 sığorta şirkətinin payına düşüb.

Eləcə də bax: Sığorta ödənişlərinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUN, 2021)

FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (159,565 milyon manat), "PAŞA Sığorta" (105,766 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 44,709 milyon manat), eləcə də “Qala Sığorta” (24,31 milyon manat) və “Atəşgah Həyat Sığorta” (23,708 milyon manat) ASC-lərdir.

6 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta” (236 min manat), eləcə də "Naxçıvan Sığorta" (1,026 milyon manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (1,874 milyon manat), “Bakı Sığorta” (2,233 milyon manat) və “Xalq Həyat Sığorta” (2,474 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 7,843 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1,7%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 86,465 milyon manat (19,1%) təşkil edib. (Renkinq)

Banner
Banner

Digər xəbərlər