Sığorta

Azərbaycanda sığorta haqlarının ödənişində - YENİLİK GÖZLƏNİLİR

Azərbaycanda sığorta haqlarının ödənişində - YENİLİK GÖZLƏNİLİR | FED.az
15:41 9 Sentyabr 2019

Azərbaycanda hər kəsi “özü-özünü sığortalaya” biləcək. FED.az xəbər verir ki, yeni ildən icabri sığorta sahəsində yeniliyin tətbiqi gözlənilir.

Sığorta mütəxəssisi Ceyhun Əsgərov FED.az-a bildirib ki, yeni qaydalara görə, artıq icbari sığorta almaq istəyən şəxs bunun üçün sığorta agentinə deyil, terminallara və ya sığorta agentinin onlayn səhifəsinə müraciət etməklə sığorta ala biləcək.

“Vətəndaş terminalda öz pin kodunu və avtomobilinin dövlət nişanını yığıb ödənişi etməklə icbari sığortasını əldə etmiş olacaq. Bu zaman agent rolunu terminallar oynayacaq. Sığorta şirkətləri faizi terminalı quraşdıran quruma verəcək. Məqsəd sığorta haqqını 5% salmaqdır” – deyə Ceyhun Əsgərov bildirib.

Mütəxəssisin sözlərinə görə artıq 6- 7 aydır ki, sistem sınaq müddətindədir.

Sistemin qanunsuz endirimlərin və faiz artımının qarşısının alınması üçün hesablandığı bildirilir. Ceyhun Əsgərovun sözlərinə görə, yeni ilin ilk aylarından artıq yenilik tətbiq edilə bilər. Çünki sınaq müddətində bütün işlər normal gedib.  

Qeyd edək ki, ilkin olaraq icabri sığorta ödənişlərinin MilliÖn və Exsprespay terminalları ilə olacağı daha sonra digər terminallar vasitəsi ilə də həyata keçiriləci bildirilir.  

Digər xəbərlər