Sığorta

Azərbaycanda sığorta ödənişlərinin 84%-i - 5 Şirkətin Payına Düşür

Azərbaycanda sığorta ödənişlərinin 84%-i - 5 Şirkətin Payına Düşür | FED.az
09:33 28 İyul 2020

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda həyata keçirilmiş 184 milyon 843 min manat sığorta ödənişinin 155 milyon 586 min manatı və yaxud 84,2%-i 5 sığorta şirkətinin payına düşüb.

Eləcə də bax: 15 şirkətin yığımları artıb - 6 ŞİRKƏTDƏ AZALIB

FED.az xəbər verir ki, bu şirkətlər "PAŞA Həyat Sığorta", "PAŞA Sığorta", "Atəşgah Həyat Sığorta", “Xalq Sığorta” və "Atəşgah Sığorta"dır.

Bu ilin yanvar-iyun aylarında "PAŞA Həyat Sığorta" 91 milyon 595 min manat, "PAŞA Sığorta" 31 milyon 642 min manat, "Atəşgah Həyat Sığorta" 16 milyon 202 min manat, “Xalq Sığorta” 8 milyon 195 min manat və "Atəşgah Sığorta" 7 milyon 952 min manat sığorta ödənişi edib.

İlk 5 şirkətin 6 ay ərzində etdiyi ödənişin ümümi məbləği 155 milyon 586 min manat olub ki, bu da yanvar-iyun ayında sığorta şirkətləri tərəfindən edilən ödənişlərin 84,2%-ni təşkil edir.

6 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta", "Naxçıvan Sığorta", "Bakı Sığorta", "Rəvan Sığorta" və “Amrah Sığorta”dır.

“Amrah Sığorta” 401 min manat, "Rəvan Sığorta" 235 min manat, "Bakı Sığorta" 120 min manat, "Naxçıvan Sığorta" 4 min manat ödəniş edib, "Xalq Həyat Sığorta" isə ödəniş etməyib.

Bu şirkətlərin ümumi ödənişlərinin məbləği 759 min manat olub ki, bu da yanvar-iyun ayında sığorta şirkətləri tərəfindən edilən ödənişlərin 0,4%-ni təşkil edir.

Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 28 milyon 497 milyon manat və ya 15,4% təşkil edib.

Digər xəbərlər