Sığorta

Azərbaycanda sığorta ödənişlərinin - 88%-i 5 Şirkətin Payına Düşür

Azərbaycanda sığorta ödənişlərinin - 88%-i 5 Şirkətin Payına Düşür | FED.az
09:09 28 İyul 2021

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyata keçirilmiş 248,2 milyon manat sığorta ödənişinin 217,784 milyon manatı və yaxud 87,8%-i 5 sığorta şirkətinin payına düşüb.

Eləcə də bax: Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUN,2021)

FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" ASC (120,864 milyon manat), Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 37,538 milyon manat), eləcə də "PAŞA Sığorta" (29,825 milyon manat), "Atəşgah Həyat Sığorta" (19,239 milyon manat) və “Xalq Sığorta” (10,318 milyon manat)  ASC-lərdir.

6 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (0 manat), “Xalq Həyat Sığorta” (83 min manat), “Naxçıvan Sığorta” (138 min manat) və “Bakı Sığorta” (343 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 564 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,2%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 29,852 milyon manat (12%) təşkil edib. (Renkinq)

Banner
Banner

Digər xəbərlər