Banner

Sığorta

AZSIĞORTA güclü yağışdan zərər çəkmiş əmlaklar üzrə sığorta ödənişlərinə başlayıb

AZSIĞORTA güclü yağışdan zərər çəkmiş əmlaklar üzrə sığorta ödənişlərinə başlayıb | FED.az
11:03 25 Sen 2018

23 sentyabr səhər saatlarında Bakı şəhərində baş vermiş güclü yağış nəticəsində bir çox əmlaklara - yaşayış evlərinə və kommersiya obyeklərinə ziyan dəyib. Bununla bağlı bu günə AZSIĞORTA-ya 40-a yaxın müraciət daxil olub. Bu müraciətlər, daşınar və daşınmaz əmlaklara dəyən zərərlərlə bağlıdır. İlkin hesablamalara görə, sığortalılara dəymiş ziyanın ümumi məbləği təqribən 350-400 min manat ətrafında dəyərləndirilir.

Hazırda AZSIĞORTA-nın əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və hər bir hadisə üzrə dəymiş zərər məbləğini dəqiqləşdirirlər. Ödənişlər, müvafiq sənədlər hazırlanandan sonra, ən qısa zamanda həyata keçiriləcək.

Qeyd edək ki, güclü yağış nəticəsində əmlaklarına dəyən ziyan ilə bağlı, bütün AZSIĞORTA müştəriləri *6565, *7676, (012) 505 66 66 və (012) 565 66 66 nömrələr vasitəsilə şirkətə müraciət edə bilərlər.

Daşınmaz əmlakın icbari sığortası yanğın və ya digər hadisələr nəticəsində əmlakinızın zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

AZSIĞORTA ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “B” reytinqini təyin edib.

Digər xəbərlər

Banner