Sığorta

“Azsığorta”nın İdarə Heyətinin tərkibi - Dəyişdirilir

“Azsığorta”nın İdarə Heyətinin tərkibi - Dəyişdirilir | FED.az
10:29 30 Aprel 2021

“Azsığorta” ASC-nin İdarə Heyəti sədrinin müavinlərindən biri vəzifəsini tərk etdi, yeni iki müavin təyin edilib.

Eləcə də bax: "Azsığorta"nın sədri - Dəyişib

FED.az Banker.az-a istinadən xəbər verir ki, “Azsığorta” ASC-nin İdarə Heyətinin sədr müavini olan Kamran Məmmədov da vəzifəsindən kənarlaşıb.

Qoşqar Şəkərəliyev və Elbrus Fərzəliyev İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, 2021-ci ilin martında Natiq Namazovun istefası ardından, onun müavini olmuş Yusif Soltanova şirkətə sədrlik həvalə edilmişdi.

Banker.az-ın əldə etdiyi digər məlumata görə, sığorta şirkətinin maliyyəsinə nəzarət edən Təftiş Komissiyasının da üzvlərindən biri Kərimov Famil Qalib oğlu istefa verib.

Banner
Banner

Digər xəbərlər