Sığorta

Dövlət Sığorta Şirkəti bazardakı mövqeyini daha da gücləndirir – ŞİRKƏTİN BAZAR PAYI ARTIR

Dövlət Sığorta Şirkəti bazardakı mövqeyini daha da gücləndirir – ŞİRKƏTİN BAZAR PAYI ARTIR | FED.az
16:47 24 Fev 2021

Azərbaycan sığorta bazarının ən iri şirkətlərindən olan “AzərSığorta” Dövlət Sığorta Kommersiya şirkəti bazar payını və bazardakı mövqeyini daha da gücləndirir.

FED.az Azərbaycan Mərkəzi Bankın (AMB) rəsmi hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayı üzrə açıqlanan hesabatda Dövlət Sığorta Şirkətinin məcmu yığımlarda xüsusi çəkisi - bazar payı ötən ötən ilin yanvar ayı ilə müqayisədə 0,6 faiz bəndi artaraq 2,5%-dək yüksəlib.  

Qeyd edək ki, cari ilin yanvar ayında şirkətin yığımlarının həcmi 2,585 mln. manat, ödənişləri isə 15,517 mln. manat təşkil edib.

Qeyd edək ki, sığorta bazarının lokamativlərindən hesab olunan “Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkəti” ölkədə uğurlu fəaliyyəti ilə seçilən ilk beşliyə daxildir. Şirkət təkrarsığorta sahəsində dünyanın tanınmış şirkətləri ilə (“AİG”, “LukOil insurance,” “MinehRe”, “MBASK”, “Tokio Marine”, “Merkurey Assistance”, ”Tokio Marine”) yaxından əməkdaşlıq edir. 

Banner
Banner

Digər xəbərlər