Sığorta

Fitch "AZSIĞORTA"nın - REYTİNQİNİ AÇIQLADI

Fitch "AZSIĞORTA"nın - REYTİNQİNİ AÇIQLADI | FED.az
11:45 20 May 2020

“Fitch Ratings” nüfuzlu beynəlxalq reytinq agentliyi AZSIĞORTA şirkətinin Maliyyə Gücünü (Insurer Financial Strength – IFS) “B” səviyyəsində yenidən təsdiq edərək proqnozunu Dayanıqlı (stable) səviyyəsində saxlamışdır.

Eləcə də bax: Agent “Azsığorta”dan 86 min manatını - ALA BİLMİR

FED.az xəbər verir ki, Fitch tərəfindən təqdim edilən bu proqnoz koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq şirkətin güclü maliyyə mövqeyinin göstəricisidir.

Təsdiq, Adekvat (Adequate) kateqoriyasında Prism Factor-Based Model (FBM) balı ilə ölçülərək Fitch-in pro-forma analizinə əsasən AZSIĞORTA-nın möhkəm kapital mövqeyini əks etdirir.

Beynəlxalq reytinq agentliyinin proqnozuna əsasən AZSIĞORTA digər Azərbaycan sığortaçıları ilə müqayisədə stabil biznes profilininə malikdir.

Qeyd edək ki, AZSIĞORTA Azərbaycanda beynəlxalq reytinqə malik olan iki sığorta şirkətindən biridir.

Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA müştərilərlə etibarlı əməkdaşlıq nümayiş etdirir. AZSIĞORTA güclü bazar mövqeyinə malikdir və Azərbaycanın sığorta bazarında əmlak, məsuliyyət və avtomobil sığortası liderlərdən biridir.

Digər xəbərlər