Sığorta

Könüllü sığorta 8%, icbari sığorta isə - 5% Azalıb

Könüllü sığorta 8%, icbari sığorta isə - 5% Azalıb | FED.az
09:07 24 Fev 2021

Bu ilin yanvar ayında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 84 milyon 178 min manat sığorta haqqı toplanılıb.

Eləcə də bax: Dövlət Sığorta Şirkəti ilin ilk ayını uğurla başa vurdu – YIĞIM VƏ ÖDƏNİŞLƏRDƏ KƏSKİN ARTIM

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin yanvar ayına nisbətən 7,7% azdır.

Ötən ay icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 4,6% azalaraq 19 milyon 833 min manata düşüb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 37 milyon 188 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 93,3% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 2,6 dəfə artaraq 19 milyon 653 min manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar ayında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 44,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar ayında 21,1 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 36,1 manatdan 99,1 manata çatıb. (Renkinq)

Banner
Banner

Digər xəbərlər