Sığorta

 Maşınları sığortalamaq neçəyədir?  - MARKALAR, QİYMƏTLƏR

 Maşınları sığortalamaq neçəyədir?  - MARKALAR, QİYMƏTLƏR | FED.az
13:58 21 Avq 2018
Azərbaycanda avtomobillərin icbari sığortasına nəzarət ciddi olsa da, kasko sığorta könüllüdür və o qədər də aktiv istifadə edilmir. Digər tərəfdən icbari sığortadan fərqli olaraq kasko sığortada ayrı-ayrı şirkətlərin tarifləri fərqlidir və FED.az-ın müşahidələri göstərir ki, bəzi avtomobil sahibləri bu tariflər haqda tam məlumatlı deyillər. Bunu nəzərə alaraq FED.az bəzi avtomobillər üzrə kasko sığorta tariflərini təqdim edir.
 
Avtomobillərin markaları seçiləndə ölkədə ən populyar olan və geniş yayılan markalar və modellər nəzərə alınıb.   Tarifləri ölkənin aparıcı sığorta şirkətlərindən biri olan «Qala sığorta» təqdim edir.
 
Kasko tarifləri hesablananda şərtsiz azadolma (franşiza) məbləği 100 manat götürlüüb. Yəni bu variant avtomobil sahibləri üçün ən sərfəlisidir. Bununla yanaşı, şərtlərə görə, yaşı 22-dən və/və ya sürücülük təcrübəsi 1 ildən az olan sürücülər üçün ikiqat şərtsiz azadolma tətbiq olunacaq.
 
Yəni onlar üçün franşiza 200 manat təşkil edir.
 
Maşının markası Buraxılış ili Avtomobilin qiyməti (AZN) Sığorta tarifi (%) Sığorta haqqı (AZN)
Toyota Camry 2008 21 000 3.5 735
Toyota Camry 2013 27 000 3.1 837
Toyota Prado 2008 27 000 3.5 945
Toyota Prado 2013 48 000 3.1 1488
Tayota Corolla 2010 20 000 3.1 620
Tayota Corolla 2014 25 000 3.1 775
Hyundai Sonata 2009 20 000 3.5 700
Hyundai Sonata 2013 22 000 3.1 682
Hyundai Elantra 2013 19 000 3.1 589
Nissan Sunny 2012 14 000 3.1 434
Mercedes C-class 350 2008 24 000 3.5 840
Mercedes E-class 350 2012 50 000 3.1 1550
Nissan X-Trail 2012 22 000 3.1 682
BMW 328 2008 17 000 3.5 595
BMW 528 2008 28 000 3.5 980
Chevrolet Aveo 2011 12 000 3.1 372
Kia Optima 2013 23 000 3.1 713
Kia Sorento 2013 27 000 3.1 837
Volkswagen Passat 2012 20 000 3.1 620

 

Digər xəbərlər