Sığorta

“PAŞA Həyat Sığorta” bu göstəricilər üzrə - GERİLƏDİ

“PAŞA Həyat Sığorta” bu göstəricilər üzrə - GERİLƏDİ | FED.az
09:19 30 Aprel 2021

“PAŞA Həyat Sığorta” şirkəti cari ilin I rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

FED.az xəbər verir ki, uzunmüddətli pandemiya dövrünə baxmayaraq, şirkət maliyyə sektorunda inamla fəaliyyət göstərir və standartlarını qoruyub saxlayır. Belə ki, rüb sonuna şirkətin ümumi aktivlərinin həcmi 405 mln. manat təşkil edir. 

Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə yığılmış sığorta haqları (50 mln. AZN) cüzi dəyişikliklə eyni olaraq qalır, sığorta ödənişləri isə 2 dəfədən çox artaraq 72 mln. AZN təşkil edib.

Şirkətin investisiya fəaliyyətindən əldə etdiyi gəlir isə ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 0,6 mln. manat azalaraq 6,2 mln. manata enib. Nəticədə, “PAŞA Həyat”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% azalaraq 4,5 mln. manatadək azalıb.

“PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.

Banker.az 

Banner
Banner

Digər xəbərlər