Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Qala Həyat sığorta” şirkətinin ödənişləri azalıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-iyun ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət cari ilin 6 ayı ərzində baş vermiş sığorta hadisələri üzrə ümumilikdə müştərilərinə 1,332 mln. manat həcmində sığorta ödənişi verib. Bu göstərici üzrə “Qala Həyat” 20 sığorta şirkəti arasında 14-cü yerdə qərarlaşıb.
Müqayisə üçün bildirək ki, ötən ilin yanvar-iyun aylarında bu rəqəm 1,602 mln. manat təşkil edib. Nəticədə, son bir illə müqayisədə “Qala Həyat” sığorta şirkətinin ödənişləri 270 min manat və ya 16,85% azalaraq 1,332 mln. manata enib.
Bununla yanaşı, bu göstərici üzrə şirkətin bazar payında da azalma olub. Belə ki, müqayisə olunan dövrdə şirkətin bazar üzrə məcmu ödənişlərdə xüsusi çəkisi 0,33 faiz bəndi azalaraq 0,53%-ə düşüb.
Qeyd edək ki, sözügedən dövr ərzində şirkətin yığımlarının həcmi 24,15% və ya 1,5 mln. manat artaraq 7,710 mln. manat təşkil edib.