Sığorta

“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaratdı – “ŞƏRİKLİ KASKO”

“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaratdı – “ŞƏRİKLİ KASKO” | FED.az
11:07 16 Sen 2019

Müştərilər üçün daim yeniliklər yaradan “Qala Sığorta” şirkəti bu dəfə avtomobil sahibləri üçün “Şərikli Kasko” adlı yeni unikal sığorta məhsulunu təqdim edib.    

FED.az xəbər verir ki, şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, «Şərikli Kasko» məhsulu tam sığorta haqqını ödəmək istəməyən, nisbətən ucuz qiymətə kasko sığorta əldə etmək istəyən sürücülər üçün nəzərdə tutulub.

Məhsulun şərtlərinə görə, müştəri sığorta haqqının 50%-ni ödəməklə tam sığorta təminatını əldə edir. Digər 50% sığorta haqqı isə yalnız sığorta hadisəsi baş verəndə tələb olunur. Sığorta hadisəsi baş vermədiyi halda sığorta haqqının 2-ci hissəsi tələb olunmayacaq.

Fiziki şəxslərə məxsus minik avtomobillərinin sığortası üzrə tarif cədvəlinə əsasən, istehsal tarixləri 2011-2019-cu illər aralığında olan avtomobillər üzrə müştərilərə iki təminat – “Rəsmi servis” və “Standard” sığorta təminatları təklif olunur.

“Rəsmi servis” və “Standard” təminatlı paketin şərtlərinə əsasən, franşizanın məbləği 100 AZN, 250 AZN və 500 AZN müəyyən edilib.

Bundan başqa, «Şərikli Kasko» məhsulunu əldə edən müştərilərə sərnişinlərin fərdi qəza sığortası və üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası növləri sərfəli şərtlərlə təklif edilir.  

Qeyd edək ki, «Şərikli Kasko» məhsulu üzrə minimal sığorta haqqı 200 AZN müəyyən edilib. Bu məhsul üzrə sığorta təminatı yalnız Azərbaycan Respublikası ərazisini əhatə edir.

«Şərikli Kasko» məhsulu ilə bağlı ətraflı məlumat üçün (012) 377 10 10 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.  

 

 

Digər xəbərlər