Sığorta

“Qala Sığorta”nın sığorta bazarına növbəti töhfəsi – SMS MƏLUMATLANDIRMA XİDMƏTİ

“Qala Sığorta”nın  sığorta bazarına növbəti töhfəsi – SMS MƏLUMATLANDIRMA XİDMƏTİ | FED.az
11:02 10 Avq 2020

Azərbyacanın ən innovativ şirkətlərindən olan “Qala Sığorta” ASC ölkənin sığorta bazarında müştəri məmnuniyyətinin qorunması istiqamətində həyata keçirdiyi işləri uğurla davam etdirirərək  daha bir ilkə imza atıb. 

Sığorta şirkətləri arasında daim yenilikçiliyi ilə fərqlənən, “Qala Sığorta” şirkəti, “Şəffaflıq və müştəri məmnuniyyəti prioritetdir” şüarını rəhbər tutaraq müştəriyönümlü daha bir xidmətini - SMS (qısa mesaj xidməti) məlumatlandırma xidmətini istifadəyə verib. 

“Qala Sığorta” ASC-nin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, bu servis Azərbaycan sığorta bazarında ilk dəfə olaraq tətbiq edilib. Artıq “Qala Sığorta” şirkətinin müştəriləri istənilən könüllü sığorta məhsulu üzrə sığorta haqqını ödədikdən sonra ödənişin həyata keçdiyini təsdiq edən SMS-bildiriş xidmətindən yararlanacaqlar.

Belə ki, müştərinin mobil telefonuna, əldə etdiyi sığorta müqaviləsi üzrə ödədiyi sığorta haqqı məbləği barədə dərhal SMS gələcək. Bu xidmət xüsusən sığorta haqqını hissələrlə ödəyən müştərilərin, ödəniş trafiklərini izləyə bilməməkləri səbəbindən yarana biləcək narazıçılığının qarşısını asanlıqla alacaq.        

Xatırladaq ki, “Nağdsız hesablaşmalar haqqında” qanunun tələbinə görə sığorta şirkətləri sığorta haqlarını yalnız qeyri-nağd qaydada qəbul edə bilirlər.

Yeni SMS məlumatlandırma xidməti bütün tip ödəniş vasitələri üçün aktivdir. Müştəri sığorta haqqı məbləğini bank və ödəniş terminalları ilə yanaşı onlayn ödəniş platformalarından ödədikdə də SMS vasitəsi ilə məlumatlandırılır.    

Şirkətdən verilən açıqlamaya görə, yaxın gələcəkdə şirkətin bu tip xidmətləri onun göstərdiyi xidmətin keyfiyyətini daha da yüksəltmək məqsədilə əlavə bir neçə  istiqamətlərini də əhatə edərək genişlənəcək.

Yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə 1 filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

Digər xəbərlər