Sığorta

"Rəvan Sığorta" müştərilər üçün tətbiq etdiyi yenilikləri uğurla davam etdirir

"Rəvan Sığorta" müştərilər üçün tətbiq etdiyi yenilikləri uğurla davam etdirir | FED.az
14:04 23 İyun 2020

Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Rəvan Sığorta” müştərilərinin onlayn ödəmələr istiqamətində işini daha da asanlaşdırması üçün “Milli Ön” ödəniş platformasına qoşulub. 

Şirkətin satış departamentinin direktoru Dövlət Səlimovun FED.az saytına verdiyi məlumata görə, artıq şirkətin müştəriləri ofisə gəlmədən sığorta haqqı ödənişlərini onlayn formada həyata keçirə bilərlər.

Müştərilər qeyd edilən ödəniş sistemlərinə daxil olmaqla müqavilə nömrəsi və FİN (fərdi indentifikasiya nömrəsi) kodu daxil edərək sığorta haqqı ödənişlərini tez bir zamanda ödəyə biləcəklər.  

Digər xəbərlər

Banner