Sığorta

Sığorta yığımlarının 60%-i – İKİ ŞİRKƏTİN PAYINA DÜŞÜB

Sığorta yığımlarının 60%-i – İKİ ŞİRKƏTİN PAYINA DÜŞÜB | FED.az
13:52 6 May 2020

Azərbaycanda mart ayında sığorta şirkətlərinin yığımlarının 60%-i iki şirkətin payına düşüb. 

FED.az xəbər verir ki, bu FED.az RENKİNQ-in hazırladığı 2020-ci il mart ayı üzrə göstəricilərdən məlum olub.

Məlumata görə, mart ayında ölkənin sığorta şirkətləri ümumilikdə 50 milyon  20 min manat sığorta haqqı toplayıblar. Bunun 21 milyon 963 min manatı «Paşa Həyat Sığorta» şirkətinin, 8 milyon 661 min manat isə «Paşa Sığorta» şirkətinin payına düşüb. Nəticədə ilk iki şirkət ümumilikdə 30,6 milyon manat sığorta haqqı və ya bütün yığımların 61%-ni toplayıb. Toplanan sığorta haqqının məbləğinə görə 3-cü yeri 4 milyon 160 min manat məbləğlə «Atəşgah Həyat» tutur.

Ən az sığorta yığımı olan şirkətlər isə fəaliyyətini dayandırmağa hazırlaşan «AXA MBASK» (4 min manat) və «Naxçıvansığorta» (62 min manat) şirkətləri olub.

Digər xəbərlər