Banner

Sığorta

«Standard Insurance» şirkətinin bağlanmasının – SƏBƏBİ AÇIQLANIB

«Standard Insurance» şirkətinin bağlanmasının – SƏBƏBİ AÇIQLANIB | FED.az
17:42 19 May 2020

Azərbaycan Mərkəzi Bankı (AMB) “Standard Insurance” Sığorta Şirkətinin bağlanmasının səbəbini açıqlayıb.

Eləcə də bax: “Standard Insurance”ın səhmdarları kapital artımı üçün konkret plan - TƏQDİM ETMƏYİB

FEd.az xəbər verir ki, AMB-nin məlumatına görə, lisenziyanın geri alınmasının səbəbi şirkətdə yaranan vəziyyət olub.

«ASC “Standard Insurance” Sığorta Şirkətinin maliyyə vəziyyəti uzun müddətdir ki, pisləşmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank sığorta sektorunun maliyyə vəziyyətinin qiymətləndirilməsinə başlamışdır. Qiymətləndirmə çərçivəsində Şirkətin məcmu kapitalı tələb olunan səviyyədən xeyli aşağı olduğu müəyyən edilmiş və kapitalın tam bərpası üçün Şirkətin rəhbərliyi ilə müzakirələr aparılmışdır. Lakin, səhmdarlar tərəfindən Şirkətin kapitalının tam bərpası üçün konkret plan təqdim edilməmişdir. ASC “Standard Insurance” Sığorta Şirkətinin səmərəlilik göstəriciləri də xeyli aşağıdır və Şirkət son iki ili zərərlə başa vurmuşdur»-deyə açıqlamada bildirilir.

AMB bildirib ki, şirkətin bazar davranışları, xüsusilə isteklakçıların hüquqlarının müdafiəsi sahəsində olan problemləri barədə onun rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılıb: «Şirkətin üzləşdiyi xroniki likvidlik problemi sığorta hadisələrinin tənzimlənməsində ciddi yubanmalara, nəticədə sığorta xidmətləri üzrə istehlakçıların narazılığının artmasına gətirib çıxarmışdır».

Banner

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?