Banner

Sığorta

«Standard Insurance»da sığortası olanlara - KİM ÖDƏNİŞ EDƏCƏK? – RƏSMİ AÇIQLAMA

«Standard Insurance»da sığortası olanlara - KİM ÖDƏNİŞ EDƏCƏK? – RƏSMİ  AÇIQLAMA | FED.az
12:39 22 May 2020

Azərbaycan Mərkəzi Bankı (AMB) bir qədər əvvəl lisenziyası ləğv edilmiş «Standard Insurance» sığorta şireətinin sığorta portfeli ilə bağlı vəziyyətə aydınlıq gətirib.

Eləcə də bax: «Standard Insurance» şirkətinin bağlanmasının – SƏBƏBİ AÇIQLANIB

AMB-dən FED.az-a verilən məlumata görə, lisenziyanın ləğvindən əvvəlki tarixlərdə ASC “Standard Insurance" Şirkəti ilə bağlanmış sığorta müqavilələri qüvvədədir və bu müqavilələr üzrə sığorta hadisəsi baş verdikdə həmin hadisədən dəymiş ziyan qiymətləndirilərək müvafiq ödəniş həyata keçiriləcəkdir.

Hazırda ASC “Standard Insurance” Şirkətinə müvəqqəti inzibatçı təyin edilib. Lisenziyanın ləğv edildiyi tarixə qədər bağlanılan bütün müqavilələr üzrə baş verən hadisələrin tənzimlənməsi əvvəlki qaydada həyata keçirilir.

Mərkəzi Bank bildirir ki, Şirkətin ləğv edilməsi prosesinə başlanması üçün məhkəməyə müraciət edilib. Məhkəmə tərəfindən müflisləşmə qaydasında ləğvetmə barəsində müvafiq qərar verildikdən sonra qüvvədə olan müqavilələr üzrə baş vermiş hadisələrə görə ödənişlərin həyata keçirilməsi qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar çərçivəsində həyata keçiriləcəkdir. Ləğvetmə prosesində bütün icbari sığorta müqavilələri üzrə sığorta ödənişlərinin həyata keçirilməsi İcbari Sığorta Bürosu tərəfindən həyata keçiriləcək.  

Digər xəbərlər

Banner