Sığorta

Vergi borcu olan sığorta şirkətləri - SİYAHI

Vergi borcu olan sığorta şirkətləri - SİYAHI | FED.az
13:06 23 İyul 2020

Azərbaycanda vergi borcu olan sığorta şirkətləri məlum olub. 

Eləcə də bax:Karantin qaydaları «Standard İnsurance»in - Müflis Olmasını Ləngidib  

FED.az xəbər verir ki, bu ilin iyul ayının 22-nə kimi 4 sığorta şirkətinin vergi borcu yaranıb. Ən iri vergi borcu mayın 19-da Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən "Standard Insurance" ASC-yə aiddir.  Şirkətin vergi öhdəliyi 36 120.59 manat təşkil edir. Hazırda fəaliyyətini davam etdirən sığortaçılar arasında isə sığorta borcuna görə “AtaSığorta” liderdir -27 842.40 manat. 

Bundan əlavə, Dövlət Kommersiya Sığorta Şirkətinin 6919.28 manatlıq vergi borcu var.  Könüllü qaydada ləğv edilməsi qərara alınan “Rəvan Sığorta”nın cari vergi borcu isə 725.15 manat təşkil edir. 

“MediaPost”

img

Digər xəbərlər