Sığorta

“Xalq Həyat” iki sığorta növündən 533 min manat sığorta haqqı - TOPLAYIB

“Xalq Həyat” iki sığorta növündən 533 min manat sığorta haqqı - TOPLAYIB | FED.az
16:48 14 Noy 2019

“Xalq Həyat” iki sığorta növündən 533 min manat sığorta haqqı toplayıb.  

FED.az xəbər verir ki, Azərbaycanda yeni fəaliyyətə başlayan “Xalq Həyat” sığorta şirkəti müştərilərə təklif etdiyi faktiki iki sığorta növü üzrə toplanan sığorta haqqının həcmini açıqlayıb. Şirkətdən bildirilib ki, “Xalq Həyat” məhsulların satışına cari ilin may ayından başlayıb və həmin dövrdən sentyabr ayının sonunadək “Kredit götürən şəxslərin həyat sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri üzrə 577 min manat həcmində sığorta haqqı toplanılıb.

Eləcə də bax:“Meqa Sığorta”nın ekspertilə müştəri arasında – NARAZILIQ – “ÖDƏNİŞİ DÜZ VERMİRLƏR” - VİDEO

Qeyd edək ki, 27 mart 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib

Digər xəbərlər