Banner

Son Xəbərlər

Türkiyədə virusa yoluxanların sayı - ÇİNİ KEÇDİ

Türkiyədə virusa yoluxanların sayı  - ÇİNİ KEÇDİ | FED.az
11:42 20 Aprel 2020

Türkiyədə koronavirusa yoluxanların sayı virusun başladığı Çini keçib. 

FED.az yerli mediaya istinadən xəbər verir ki, ötən gün ölkədə daha 3 977 nəfərdə COVİD-19 aşkarlanıb, ölənlərin ümumi sayı 2 168-ə yüksəlib, koronavirusa yoluxanların ümumi sayı 86 min 306-ya çatıb.

Mətbuata açıqlama verən Səhiyyə naziri Fahrettin Qoca bildirib ki, Türkiyə yoluxmaların sayına görə virusun ilk ortaya çıxdığı Çini ötüb.

Son məlumatlara görə, Çində koronavirusa yoluxanların sayı 82 747, bu virusdan ölənlərin sayı isə 4 632 nəfərdir. Türkiyə dünyada ən çox hadisə sayının olduğu 7-ci ölkə sırasına yüksəlib. Dünyada ən çox hadisənin olduğu ABŞ-dan sonra İspaniya, İtaliya, Fransa, Almaniya, İngiltərə və Türkiyə gəlir.

Digər xəbərlər

Banner