Sosial

“190 manata ehtiyacı olan niyə aylıq 250 manatlıq iş istəməsin ki?”

“190 manata ehtiyacı olan niyə aylıq 250 manatlıq iş istəməsin ki?” | FED.az
12:06 7 Avq 2020

"Son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insan şikayət edib". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Eləcə də bax: Nazir bağlanan iş yerlərinin tezliklə açılacağını - ELAN ETDİ

FED.az xəbər verir ki, Sahil Babayev  bildirib ki, 190 manatlıq ödənişin əsas kriteriyaları o idi ki, işsiz şəxslər və gəlirini itirənlərə dəstək verilsin:

"Lakin bu kriteriyalara uyğun gəlməyən və aztəminatlı olduğunu bildirən şəxslərlə bağlı ictimai işlər proqramı yaradıldı. Bunlar ancaq silib-süpürmək işləri deyildi. Biz demirik ki, yüksək ixtisaslı, peşəkar şəxslər ictimai işlərə cəlb olunsun". 

Nazir bildirib ki, son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insan şikayət edib: "Onlara minimum əmək haqqı ilə işlər təklif etdik, amma heç 1 faizi də buna razılaşmadı. Həqiqətən, aztəminatlı olan və 190 manata ehtiyacı olan şəxs nəyə görə aylıq 250 manatlıq maaşla iş istəməsin ki?". (qafqazinfo)

Digər xəbərlər