Banner

Sosial

8 günlük qeyri-iş günü qərarı ilə bağlı - 3 VACİB MƏQAM

8 günlük qeyri-iş günü qərarı ilə bağlı - 3 VACİB MƏQAM | FED.az
11:33 18 May 2020

Xəbər verdiyimiz kimi,  Baş Nazir Əli Əsədov 15 may 2020-ci il tarixli, 177 saylı “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” qərar imzalayıb.

Eləcə də bax: Azərbaycanda 8 gün qeyri-iş günü olacaq - RƏSMİ

FED.az məlumat verir ki, həmin qərarla bağlı mks.az saytının  eksperti, “Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020” kitabın müəllifi Anar Bayramov qərarla bağlı 3 vacib məqamı şərh edib:

1) Qeyri-iş günlərinin sayına təsir edən 3 amil hansıdır?

İlkin təsir edən amil həmin dövrə təsadüf edən bayram günləridir.

2020-ci il istehsalat təqviminə uyğun olaraq 24 və 25 may tarixləri Ramazan Bayramına təsadüf edir. Bundan əlavə, 28 may tarixi də Respublika günü olduğu üçün qeyri-iş günü hesab edilir. Qeyd edək ki, Ramazan Bayramının ikinci gününün bazar günü olan 24 may 2020-ci il tarixinə təsadüf etməsi səbəbindən 26 may 2020-ci  il tarixi də qeyri-iş günü hesab olunur.

İkinci təsir edən amil iş günlərinin qeyri-iş günü ilə əvəz edilməsidir.

Nazirlər Kabinetinin qərarında qeyd edilir ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilsin. Deməli, 31 may 2020-ci il tarixi bazar günü olmasına baxmayaraq iş günüdür. Əvəzində 27 may 2020-ci tarixi qeyri-iş günü hesab ediləcək.

Üçünçü amil isə xüsusi iş (əmək) rejiminə uyğun olaraq qeyri-iş günlərinin müəyyən edilməsidir.

Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilir ki, xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilsin. Beləliklə, xüsusi iş rejiminin tətbiqi nəticəsində beşgünlük iş rejimində 29 may 2020-ci il tarixi qeyri-iş günü olacaq. Altıgünlük iş həftəsində çalışanlar üçün xüsusi iş rejiminin tətbiq dairəsinə isə 3 gün – 23, 29 və 30 may tarixləri təsadüf etdiyi üçün həmin günlər qeyri-iş günləri hesab ediləcək. Yəni, işəgötürən xüsusi əmək rejimi tətbiq edilən günləri qeyri-iş günləri hesab etsə də, həmin günlər üçün işçilərə əmək haqqı  hesablamalıdır.

Qərarda qeyd edilən xüsusi iş (əmək) rejiminə gəlincə isə, “Sanitariya-epidemioloji salamatlıq haqqında” AR Qanunun 25-ci maddəsinə əsasən, yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir.

Qanundan göründüyü kimi, Nazirlər Kabinetinin xüsusi əmək şəraiti tətbiq etmək hüququ var. Doğrudur, qanunda respublika üzrə yox, müvafiq ərazilərdə və ya obyektlər qeyd edilib. Bu barədə növbəti yazılarımıda məlumat verməyə çalışacağıq. 

2) Beşgünlük və ya altıgünlük iş rejimində qeyri-iş günləri necə hesablanır?

 Nazirlər Kabinetinin qərarına təsir edən 3 amil nəticəsində beşgünlük və altıgünlük iş rejimi aşağıdakı kimi olacaq:

 Beş günlük iş rejimində qeyri-iş günləri aşağıdakı kimi formalaşır:

 23 may (şənbə günü) + 24 və 25 may (Ramazan bayramı)+ 26 may (Ramazan bayram günü 24 may bazara təsadüf etdiyi üçün) + 27 may (31 may tarixi olan istirahət günü ilə yerinin dəyişiməsi) + 28 may (Respublika günü) +29 may (Xüsusi əmək rejimi ilə bağlı qeyri-iş günü) + 30 may (şənbə günü) = 8 qeyri iş günü

Qeyd: 22 may 2020-ci il qeyri-iş günlərindən əvvəlki sonuncu, 31 may 2020-ci il tarixi isə 8 günlük qeyri- iş günlərindən sonrakı ilk iş günüdür.

 Altıgünlük iş rejimində qeyri-iş günləri aşağıdakı kimi formalaşır:

 23 may (Xüsusi əmək rejimi ilə bağlı qeyri-iş günü) + 24 və 25 may (Ramazan bayramı) + 26 may (Ramazan bayram günü 24 may bazara təsadüf etdiyi üçün) + 27 may (31 may tarixi olan istirahət günü ilə yerinin dəyişiməsi) + 28 may (Respublika günü) +29 may (Xüsusi əmək rejimi ilə bağlı qeyri-iş günü) + 30 may (Xüsusi əmək rejimi ilə bağlı qeyri-iş günü) = 8 gün

Qeyd: 22 may 2020-ci il qeyri-iş günlərindən əvvəlki sonuncu, 31 may 2020-ci il tarixi isə 8 günlük qeyri- iş günlərindən sonrakı ilk iş günüdür.

3) 2020-ci ilin may ayı üzrə istehsalat norması dəyişəcək?

Nazirlər Kabinetinin qərarında qeyd edilir ki, xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

Xüsusi əmək rejiminin tətbiqi ilə bağlı olaraq beşgünlük iş rejimində 29 may, altıgünlük iş rejimində isə 23, 29 və 30 may 2020-ci il tarixləri qeyri-iş günləri elan edilib. Həmin tarixlərdə işçilər işə gəlməsələr də, işəgötürən tabel uçotunda həmin günləri işlənilmiş kimi nəzərə alacaqlar ki, bunun nəticəsində də isteshsal təqvimi və iş vaxtı normasında dəyişiklik olmayacaq. İşəgötürən beşgünlük və altıgünlük iş rejimində çalışdığı halda müvafiq olaraq may ayı üzrə tabel uçotunda və vahid bəyannamədə 17 və 22 gün iş günü kimi qeyd edəcək. 

 Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 15 may 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı yaxın günlərdə satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Digər xəbərlər

Banner