Banner

Sosial

8 Mart Azərbaycan kişilərinə neçəyə başa gələcək? - VİDEO

8 Mart Azərbaycan kişilərinə neçəyə başa gələcək? - VİDEO | FED.az
12:15 7 Mart 2019
8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. İlk dəfə Romada keçirilən bu gün, indi müxtəlif dünya ölkələrində, eləcə də, Azərbaycanda təntənəli şəkildə qeyd olunur.

Bu bayramda yaşından asılı olmayaraq, hər bir xanım özünü digər günlərdən daha xoşbəxt hiss edir. 8 Martda xanımları sürprizləri ilə sevindirən daha çox kişilər olsa da, bu gündə qadınlar da bir-birinə xüsusi hədiyyələr bağışlayır.

Baku TV-nin əməkdaşları 8 Mart qabağı qiymətlərin necə olduğunu öyrənmək üçün paytaxtın bir neçə ərazisində yerləşən gül və hədiyyə mağazalarına üz tutub. Bayramda daha çox alınan hədiyyələr, əsasən, qızıl güllər, müxtəlif suvenirlərdir ki, hər birinin qiyməti fərqlidir. 
 

 

Digər xəbərlər

Banner