Sosial

ABŞ-da onlayn nikah bağlamağa - İCAZƏ VERİLDİ

ABŞ-da onlayn nikah bağlamağa - İCAZƏ VERİLDİ | FED.az
08:36 20 Aprel 2020

ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryü Kuomo COVID-19 pandemiyası ilə bağlı sərt karantin müddətində toy mərasimini onlayn formada keçirməyə icazə verib.

Eləcə də bax: ABŞ-ın 29 ştatında - MƏHDUDİYYƏTLƏR TEZLİKLƏ GÖTÜRÜLƏCƏK

FED.az BBC telekanalına istinadla xəbər verir ki, cütlüklər internet üzərindən ərizə verə bilərlər, dövlət xidmətləri isə mərasimi onlayn şəkildə keçirəcəklər. “Siz indi bunu “Zoom” vasitəsilə edə bilərsiniz. Hə, ya yox?”, - deyə Kuomo brifinqdə bildirib.

Bu qərar koronavirus səbəbindən ştatda məhdudlaşdırıcı tədbirlərin mayın 15-dək uzadılmasından sonra qəbul edilib.

Azərtac

Digər xəbərlər