Sosial

Almanların bir hissəsi hökumətin yardımını - GERİ QAYTARIB

Almanların bir hissəsi hökumətin yardımını - GERİ QAYTARIB | FED.az
08:55 12 May 2020

Almaniyanın kiçik və orta biznes sahibləri dövlətin ayırdığı yardımların bir hissəsini geri qaytarıblar.

Eləcə də bax: Koronavirusa görə, dövlət dəstəyi alan - SAHİBKARLARIN – TAM SİYAHISI - YENİLƏNİR

FED.az xəbər verir ki, IBB investisiya bankının məlumatlarına görə, təkcə Berlində 4100 nəfər dövlətdən aldığı pulların bir hissəsini və ya tamamilə dövlətə geri qaytarıb. Qeyd edək ki, yardımlar bu bank vasitəsilə verilirdi.

Eləcə də bax: Koronavirusa görə, dövlət dəstəyi alan - ŞİRKƏTLƏRİN – TAM SİYAHISI - YENİLƏNİR

Nəticədə bank indiyədək 36 milyon avro geri alıb. Bankın məlumatına görə, pulunu qaytaranlar o şəxslərdir ki, pandemiyadan zərər gözlədiyindən daha az olub, ya da ümumiyyətlə olmayıb. Bundan başqa bəziləri zərər gözləməsə də, ümumi axına qoşularaq hökumətdən dəstək istəyib. Amma zərərə düşməyəcəyini görüb pulları geri qaytarıb.

Digər xəbərlər