Sosial

Azərbaycanda 18 min manat - PENSİYA ALAN KİMDİR?

Azərbaycanda 18 min manat - PENSİYA ALAN KİMDİR? | FED.az
15:16 13 Fev 2020

Ötən gün Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəylinin Azərbaycanda 18 min manat məbləğində pensiya verilməsi ilə bağlı açıqladığı statistika sosial şəbəkələrdə maraqla qarşılanıb.

Eləcə də bax: Azərbaycanda ayda 18 208 manat - PENSİYA ALAN VAR

FED.az xəbər verir ki, ictimaiyyət arasında həmin şəxsin kimliyi  barədə sual yaranıb. Belə ki, onun hansı sektordan ( dövlət və ya özəl) pensiyaya çıxması müzakirələrə səbəb olub.

“Qafqazinfo” həmin şəxslə bağlı bəzi məlumatları əldə edib. Bildirək ki, 18 min manat məbləğində pensiya alan şəxs özəl sektorda çalışıb. O, yüksək maaş aldığına görə böyük məbləğdə pensiya kapitalı toplaya bilib.

Qafqazinfo

Digər xəbərlər