Sosial

Azərbaycanda əlilliyi olanlar üçün - KİÇİK BİZNESLƏR QURULUR

Azərbaycanda əlilliyi olanlar üçün - KİÇİK BİZNESLƏR QURULUR | FED.az
12:58 23 Aprel 2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi  “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlanılıb.

Eləcə də bax: Sağlamlıq imkanları məhdud şəxslərin əlillik - MÜDDƏTİ UZADILDI

FED.az xəbər verir ki, ƏƏSMN-dan verilən məlumata görə, ilk mərhələ kimi Şəmkir rayonunda əlilliyi olan şəxslərə arıçılıq üzrə kiçik bizneslərini qurmaları üçün aktivlər (arı ailələri, zəruri ləvazimatlar) verilib. Yaxın günlərdə Şamaxı, Zaqatala rayonları və Sumqayit şəhərində də bu proses davam edəcək.

Layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesə çıxışına şərait yaradılması nəzərdə tutulub. Layihənin icrası üçün pilot olaraq 12 şəhər və rayon müəyyən edilib. Həmin bölgələr üzrə işsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi aparılıb.

Digər xəbərlər